"Keçən həftəyə qədər normal məşq edirdik, ancaq sonra çempionat dayandı və evdə məşq etməyə başladıq".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Qarabağ"ın futbolçusu Miçel Madeyra "Elcomercio" nəşrinə açıqlamasında deyib.
35 yaşlı yarımmüdafiəçi koronavirusa görə Bakıdakı vəziyyətlə bağlı danışıb: "Çölə çıxmaq barədə problem yoxdur. Ticarət mərkəzləri və restoranlar yalnız saat 21:00-dək açıqdır və bir çox yerlərə girməzdən əvvəl temperaturu yoxlayırlar".
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının oyunları koronavirusa görə aprelin 14-dək dayandırılıb. Miçel Madeyra 2015-ci ildən "Qarabağ"da çıxış edir.