
Almaniyanın "Bavariya" klubu baş məşqçi Hans Fliklə yeni müqavilə imzalayacaq.
Sportnet.az Münhen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, ölkə çempionu 55 yaşlı mütəxəssislə razılığa gəlib. Sözləşməsinin müddəti 2023-cü ilin yayınadək olacaq.
Onun Bundesliqa klubu ilə əvvəlki müqaviləsi cari mövsümün sonuna qədərdir.
Qeyd edək ki, Hans Flik "Bavariya"nın baş məşqçisi vəzifəsində xorvatiyalı Niko Kovaçı əvəzləyib.