
“Sumqayıt”ın prezidenti Riad Rəfiyev komandanın futbolçusu Əmir Ağayevin “Facebook” sosial şəbəkəsindəki qeyri-etik paylaşımına münasibət bildirib.
R.Rəfiyev Sportnet.az-a açıqlamasında 28 yaşlı yarımmüdafiəçinin tərbiyəsizlik etmədiyini söyləyib. Onun sözlərinə görə, futbolçu sadəcə, zarafat etmək istəyib:
“Orada qeyri-etik heç nə görmədim. Sadəcə, zarafat, adi oyuncaq şəkili idi. Bunu şişirtməyə əsas görmürəm. Dəfələrlə görmüşəm, sosial şəbəkələrdə bizim futbolçular bundan da pis paylaşımlar ediblər. Amma nəyəsə görə həmin məsələlər qabardılmamışdı. Yenə deyirəm, burada pis heç nə yoxdur. Gərək, qeyri-etik bir şey etsin ki, ona irad bildirilsin”.
Qeyd edək ki, Əmir Ağayev bir neçə gün öncə sosial şəbəkədə cinsi orqanını nümayiş etdirən bəbir paylaşıb.