“Forbes” jurnalı dünyanın ən zəngin insanlarının illik reytinqini dərc edib.
Sportnet.az xəbər verir ki, rusiyalılar arasında "top-20"də futbolla əlaqəsi olan bir neçə biznesmen də yer alıb.
Əslən azərbaycanlı, 1950-ci ilin 1 sentyabrında Bakıda anadan olmuş "LUKoil" şirkətinin başçısı, "Spartak" klubunun şəriki Vahid Ələkbərov 15,2 milyard ABŞ dolları ilə beşinci yerdə qərarlaşıb.
Klubun sahibi Leonid Fedun reytinqdə 6,4 milyard ABŞ dolları ilə 20-ci yerdə qərarlaşıb. 2020-ci ilin martında "Spartak" futbolçuların maaşlarını 40% azaldıb.
"Monako"nun sahibi Dmitri Rıbolovlev 6,6 milyard ABŞ dolları ilə 17-cidir. “Anji”nin keçmiş sahibi Süleyman Kərimov 10 milyard ABŞ dolları ilə 13-cü yerdə qərarlaşıb.
Siyahıda İngiltərənin "Çelsi” klubunun sahibi Roman Abramoviç də var. O, 11,3 milyard ABŞ dolları ilə 10-cu yerdə qərarlaşıb.