İngiltərə millisinin heyətində DÇ-1966-nın qalibi olmuş keçmiş futbolçu Norman Hanter koronavirusa yoluxub.
Sportnet.az Britaniyanın "The Sun" nəşrinə istinadən xəbər verir ki, virusla bağlı analizi müsbət nəticə verən 77 yaşlı veteran müdafiəçi xəstəxanaya yerləşdirilib. Onun səhhəti barədə dəqiq məlumat verilmir.
Qeyd edək ki, futbolçu karyerasının əsas hissəsi ölkəsinin "Lids" klubu ilə bağlı olan Norman Hanter 1966-cı ildə dünya çempionatının qızıl, 2 il sonrakı Avropa çempionatının isə bürünc mükafatçısıdır. İkiqat İngiltərə çempionu ölkə kuboku və Superkubokunun da qalibi olub. O, həmçinin 1973/1974 mövsümünün nəticəsinə əsasən, çempionatın ən yaxşı futbolçusu mükafatını qazanaraq, sözügedən titulun ilk sahibi kimi tarixə düşüb.