Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) 2019-cu ildə ölkələrindən kənarda oynamağa gedən futbolçuların sayı ilə bağlı araşdırma aparıb.
Sportnet.az-ın məlumatına görə, 183 ölkənin yer aldığı siyahıda Azərbaycan 114 - 118-ci pillələrdə qərarlaşıb. CIES-in araşdırmasına əsasən, ötən il 8 oyunçu legioner həyatı yaşayıb. Onların hamısı getdikləri ölkənin yüksək liqalarında çıxış edib.
Siyahıya 1 600 futbolçu ilə Braziliya başçılıq edir. Onlardan 75,6 faizi əsas çempionatlarda forma geyinir. Fransa (1 027 futbolçu, 74 faiz əsas liqalar) ikinci, Argentina (972 oyunçu, 75 faiz əsas liqalar) üçüncü yerdə qərarlaşıb.