"Qarabağ”ın Avropa Liqasındakı
rəqiblərindən olan Ukraynanın "Dnepr” klubu yenə UEFA-dan istədiyi cavabı ala
bilməyib. Sportnet.az-ın məlumatına görə, komanda qrup mərhələsindəki sonr
qarşılaşmasını Kiyevdə deyil Lvovda keçirmək istəyir.
Lakin
UEFA "Sent-Etyen”lə qarşılaşmanı Lvovda keçirilməsinə qarşı çıxıb. Ali qurum öz
mövqeyini onunla izah edib ki, turnirdə iştirak edən hər bir klub bir stadion
seçməlidi. Matçın keçirilmə yerinin dəyişdirilməsi isə yalnız etibarlı səbəbə
görə mümkündür.
"Dnepr”
rəhbərliyini əsas səbəbi Ukrayna paytaxtında oyuna az sayda azarkeşin
gəlməsidir. Rəhbərliyin fikrincə Lvovda komanda daha çox azarkeş dəstəyi görə
bilər.
Qeyd edək ki, "Dnepr” "Qarabağ”ı da Kiyevdə qəbul etmişdir. Matç komandamızın 0:1 hesablı qələbəsi ilə nəticələnmişdir.