İtaliyanın "Montsa" klubunun futbolçusu Marko Fossati 2018-ci ilin yayında "Qarabağ"dan təklif alıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə 28 yaşlı yarımmüdafiəçi yerli mətbuata açıqlamasında deyib.
Təcrübəli oyunçu bildirib ki, 2018/2019 mövsümünün sonunda "Verona" ilə yollarını ayırdıqdan sonra Azərbaycan klubundan ona dəvət gəlib: "Yeni mövsümün startına hazırlaşırdım. Avqust ayının sonunda klubdan bildirdilər ki, daha onların planlarına daxil deyiləm. Həmin vaxt "Qarabağ"dan təklif almışdım. Amma "transfer pənəcərə"sinin sonuncu günündə onlara "yox" dedim. Çünki İtaliyada qalmaq istəyirdim".
Qeyd edək ki, 2002/2007-ci illərdə "Milan"ın, 2007/2010-cu illərdə isə "İnter"in formasını geyinən Marko Fossati mütəlif vaxtlarda "Latina", "Askoli", "Bari", "Peruciya", "Kalyari" və "Verona"da çıxış edib. O, 2019-cu ilin qışından isə C Seriyasında mübarizə aparan "Montsa" komandasının uğurları üçün tər tökür.