UEFA koronavirusla mübarizə çərçivəsində quruma üzv olan 55 milli assosaasiyaya maliyyə yardımı ayırıb.
Sportnet.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, ümumilikdə 236,5 milyon avro vəsait federasiyaların hesabına köçürüləcək.
Bildirilib ki, məbləğ hazırkı xərcləri ödəmək və yerli futbolu inkişaf etdirmək məqsədilə assosiasiyalar arasında bölüşdürüləcək. Hər federasiyanın hesabına 4,3 milyon avro məbləğində vəsait köçürüləcək.
Bununla yanaşı, qitə futbol qurumu bütün səviyyələrdə koronavirusun futbola mənfi təsiri fonunda hər bir assosiasiyaya öz prioritetlərini təyin etməyə qərar verib.