
"Qarabağ" futbol klubunun üzvlərindən koronavirusla bağlı analiz götürülüb.
Sportnet.az-ın Ağdam təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, rəhbərlik, məşqçilər heyəti və futbolçular başda olmaqla, bütün işçilər bu gün testdən keçiblər.
Onlardan koronavirus testi götürülməklə yanaşı, hərarətləri də yoxlanılıb.