İspaniya Futbol Federasiyasının İntizam Komitəsi
"Barselona"nın Messinin cəzasının
ləğviilə bağlı müraciətinə cavab verib.Sportnet.az-ın məlumata görə, komitə Kataloniya təmsilçisinin etirazlarını
müsbət dəyərləndirərək Messinin "Valensiya" ilə görüşdə aldığı sarı
vərəqəni ləğv edib.
"Valensiya" ilə oyunda azarkeşlər tərəfindən başına şüşə atılan argentinalı futbolçu meydançaya gec qayıtdığı və vaxtı uzatdığı üçün sarı vərəqə ilə cəzalandırılmışdı. "Barselona" klubu hakimin bu qərarına etiraz edərək cəzanın ləğv edilməsi ilə bağlı İspaniya Futbol Federasiyasına müraciət ünvanlamışdı. Nəticədə "Barselona" istəyinə nail olub.