
İspaniyanın
"Valensiya” klubunun yeni prezidentinin adı açıqlanıb. Sportnet.az-ın
məlumatına görə, Amadeo Salvonun vəzifəsindən getməsindən sonra sinqapurlu Çan
Lay Hun klubun ilk qadın prezidenti olub.
La Liqa klublarından "Valensiya” sinqapurlu
iş adamı Peter Lim tərəfindən alındıqdan sonra komandaya yeni prezident
təyinatı həyata keçirilib. Keçmiş prezident Amadeo Salvonun vəzifəsindən
getməsindən sonra onun yerinə sinqapurlu Çan Lay Hun komandaya prezident təyin
olunub. Çan Lay Hun 95 illik keçmişə sahib "Valensiya” klubunda ilk qadın prezident
olduğu üçün xoşbəxt olduğunu bildirib: "Güclü ənənələrə sahib, köklü bir klubun
prezidenti olduğum üçün qürur duyuram. Ancaq bu vəzifənin məsuliyyətini dərk
edirəm və bunları yerinə yetirmək üçün əlimdən gələni edəcəm. Bir anın içində
uğura çatmaq olmaz. Bir yerdə çalışaraq, zamanla haqq etdiyimiz yerdə olacaöımıza
inanıram”.
Qeyd edək ki, "Valensiya” La Liqada 9-cu pillədə qərarlaşıb.