
"Roma”
klubunun kapitanı Françesko Totti İtaliya çempionatının ən yaxşı bombardiri
olmağı arzulayır. Sportnet.az-ın məlumatına görə, futbolçunun Silvio Piolinin
rekordunu qırmaq üçün 39 qola ehtiyacı var.
Totti bu haqda süşünüyünü
etiraf edib: "Desəm ki, bu haqda düşünmürəm, yalan demiş olaram. Mən bu nailiyyəti
əldə etmək istəyirəm. Bilirəm ki, bu heç də asan deyil, lakin heç kim də mənim
bu qədər qol vura biləcəyimi gözləmirdi. Piolinin rekordunu qırmağa qadirəm.”
Qeyd edək ki, hal-hazırda 38 yaşlı Tottinin aktivində 237 qol var.