Rusiyanın "Zenit" klubu baş məşqçisi Sergey Semakla müqavilənin müddətini uzadıb.
Sportnet.az Sankt-Peterburq təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssislə 2+1 illik sözləşmə imzalanıb.
Qeyd edək ki, "Zenit" ötən mövsüm Sergey Semakın rəhbərliyi altında Rusiya çempionu olub. Baş məşqçi 2018-ci ildən komandada işləyir. "Zenit" hazırkı mövsümdə 22 turdan sonra 50 xalla liderdir və ən yaxın izləyiciləri "Lokomotiv" və "Krasnodar"ı 9 xal qabaqlayır.