
London
"Arsenal”ının futbolçusu Lukaş Podolski xeyriyyə auksionu keçirdib. Sportnet.az-ın
məlumatına görə, Almaniya millisinin futbolçusu DÇ-2014-dən sonra komandanın soyunma
otağında ölkəsinin kansleri Angela Merkellə olan selfisini satışa çıxarıb.
Auksionda
həmçinin "Arsenal” klubunun baş məşqçisi Arsen Vengerin gödəkçəsi də satışa
qoyulub. Arzu edənlər eyni zamanda Almaniya millisinin qapıçısı Manuel Noyerin əlcəklərini,
"Liverpul” klubunun italiyalı futbolçusu Mario Balotellinin butsularını, Podolski
və komanda yoldaşı Bastian Şvaynştayqerin DÇ-2014-ün final matçından sonrakı
sefilərini və digər suvenirləri əldə edə bilərlər.
Qeyd edək ki, əldə olunan gəlirlər xeyriyyə məqsədi ilə xərclənəcək.