İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi komanda ilə məşqlərə start verib.
Sportnet.az Kataloniya təmsilçisinin rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, 33 yaşlı hücumçu bu gün kollektivə qoşulub.
Argentinalı oyunçu daha öncə bud əzələsində narahatlığa görə fərdi qaydada məşq edib.
Qeyd edək ki, martda koronavirus pandemiyası səbəbindən dayandırılmış İspaniya La Liqasının iyunun 11-də bərpa olunacağı açıqlanıb. "Barselona" iyunun 13-də "Malyorka" ilə qarşılaşacaq.