Almaniya "Bavariya"sı komandanın həkimi Müller Volfartla yollarını ayırır.
Sportnet.az Münhen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 1977-ci ildən klubda çalışan 78 yaşlı tibb işçisi iyunun 30-da vəzifəsindən gedəcək.
O, bundan sonra fəaliyyətini özünə məxsus klinikada davam etdirəcək.
Bundesliqanın lideri 40 illik əməkdaşına xidmətlərinə görə təşəkkür edib.
Qeyd edək ki, 2015-ci ildə "Bavariya"nın o vaxtkı baş məşqçisi Xosep Qvardiola ilə mübahisə etdikdən sonra istefa verən Volfart 2 il sonra yenidən öz vəzifəsinə qayıtmışdı.