Futbol üzrə İtaliya A Seriyasında 2020/2021 mövsümünün başlayacağı tarix bəlli olub.
Sportnet.az "Sport Italia"ya istinadən xəbər verir ki, yeni mövsümün startı sentyabrın 12-nə təyin olunub.
Qərar Liqa Şurası tərəfindən iyunun 15-də təsdiqlənəcək.
Martda koronavirus pandemiyası səbəbindən dayandırılan 2019/2020 mövsümü iyunun 20-də "Torino" - "Parma" oyunu ilə bərpa olunacaq.
Qeyd edək ki, turnir cədvəlinə 26 turdan 63 xal toplayan "Yuventus" başçılıq edir. 62 xalı olan "Latsio" 2-cidir. "İnter" isə 54 xalla 3-cü pillədə qərarlaşıb.