"Neftçi"nin zədəli futbolçuları Evangelos Platellas və Stiven Monrozun durumuna aydınlıq gəlib.
Klubun Mətbuat katibi Rüstəm Allahverdiyevin Sportnet.az-a verdiyi məlumata görə, hər iki legioner bir müddət istirahət etməli olacaqlar.
Onlar təqribən 10 gün məşqlərdən kənarda qalacaqlar.
Qeyd edək ki, yunanıstanlı yarımmüdafiəçi "Keşlə" ilə oyunda (3:1), fransalı hücumçu isə "Qəbələ" ilə matçda zədələnmişdi.