"Baqali Dabonun etdiyi hərəkət düzgün deyil".
Sportnet.az xəbər verir ki, bunu "Report"a açıqlamasında "Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov komandadan kənarlaşdırılan Baqali Dabo ilə bağlı danışarkən deyib.
43 yaşlı futbolçu bildirib ki, peşəkar futbolçu bu cür hərəkət etməməlidir. Məmmədov paytaxt təmsilçisinin fransalı hücumçu ilə bağlı mövqeyini rəsmi şəkildə açıqladığını xatırladıb: "Etdiyi hərəkət çox səhv idi, klub da buna uyğun cəzasını verdi".
Qeyd edək ki, "Neftçi" Baqali Dabonun sosial şəbəkədəki davranışını ciddi şəkildə nəzarətə götürdüyünü və oyunçunu cəzalandırdığını açıqlayıb.