"Çempionatın ləğvi gözlənilsə də, dəqiq qərar deyildi. Düşürəm ki, mövsümü ləğv etmək ən düzgün addımdır, çünki bütün yük futbolçuların üzərinə düşəcəkdi".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Report"a açıqlamasında "Keşlə"nin kapitanı Slavik Alxasov Azərbaycan Premyer Liqası və ölkə kubokunda cari mövsümün dayandırılması ilə bağlı qərara münasibət bildirərkən deyib.
27 yaşlı yarımmüdafiəçi oyunlar başlayacağı təqdirdə, zədələrin də çox olacağını vurğulayıb. Alxasovun sözlərinə görə, qərar oyunçuların sağlamlığı baxımından çox doğrudur: "Bütün komandalar istəyir ki, mövsümün axırında medal qazansın, avrokuboklara düşsün. Bu dəfə isə qərar belə oldu, biz icra etməliyik".
Paytaxt təmsilçisi ilə müqaviləsi başa çatan müdafiəçi komandadakı taleyi ilə bağlı da danışıb: "Növbəti mövsüm hansı komandada olacağımı bilmirəm. Müqavilə ilə əlaqədar hələ "Keşlə" rəhbərliyi ilə danışmamışam. Böyük ehtimalla, yaxın vaxtlarda bu barədə danışıq olacaq".
Qeyd edək ki, "Keşlə" 2019/2020 mövsümünü 30 xalla üçüncü pillədə başa vurub.