"Liverpul”un
qaradərili futbolçusu Mario Balotelli uşaq vaxtı dərisinin rəngini çəhrayıya
boyayıb. Sportnet.az-ın "The Sun”a istinadən məlumatına görə, buna səbəb onun
həmyaşıdlarından fərqlənmək istəməməyidir.
Balotelli dərisinin rənginə görə
digər uşaqlar tərəfindən qəbul edilməməyindən qorxub. Buna görə də, rəngli
qələmlə dərisini rəngləyib, əllərini qaynar su ilə yuyurmuş.
İtaliyalının müəlliməsi olmuş Tiçiana Qatti futbolçunun özünü başqaları ilə eyniləşdirmə xəstəliyi olduğunu bildirib: "O, məndən bir neçə dəfə ürəyinin qara olub-olmadığını soruşub. Balotelli bunu başqalarına oxşamaq üçün edirdi. O çox qorxurdu ki, ətrafındakılar onu qəbul etməzlər”.