"Qəbələ"də qalacaq futbolçularla bağlı yaxın günlərdə çalışmalara başlayacağıq".
Bunu Sportnet.az-a açıqlamasında əyalət təmsilçisinin baş meneceri Zaur Əzizov komandada müqaviləsi başa çatan oyunçuların taleyi ilə bağlı danışarkən deyib.
Klub rəsmisi bildirib ki, yalnız "Qəbələ" Futbol Akademiyasının yetirmələrinin klubla müqaviləsi davam edir.
Əzizovun sözlərinə görə, legionerlərlə bağlı məsələyə klubun büdcəsi dəqiqləşəndən sonra aydınlıq gələcək: "Müqaviləsi başa çatanlar sərbəst futbolçudurlar, istədikləri kluba keçə bilər. Biz futbolçularımızın hamısını saxlamaq istəyirik. Lakin hazırda qeyri-müəyyənlik var. Bütün bunlara aydınlıq gələndən sonra danışıq aparacağıq".