
2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının hazırlıqlarında iştirak edən xeyli işçi koronavirusa yoluxub.
Sportnet.az AFP-yə istinadən xəbər verir ki, 1102 nəfərdən biri dünyasını dəyişib. 51 yaşlı mühəndis iyunun 11-də koronavirus səbəbindən ölüb. Onun heç bir xroniki xəstəlikdən əziyyət çəkmədiyi bildirilib.
Qeyd edək ki, DÇ-2022 21 noyabr - 18 dekabrda Qətərin 5 şəhərindəki 8 stadionda keçiriləcək.