Azərbaycanlı futbolçu Nurlan Novruzov Estoniya Yüksək Liqasında "Narva Trans"ın heyətində qol hesabını açıb.
Sportnet.az xəbər verir ki, 27 yaşlı hücumçu IX turun “Levadiya” ilə ev oyununun 39-cu dəqiqəsində fərqlənib. Start heyətində meydana çıxan Novruzov 16-cı dəqiqədə topu rəqibdən alaraq, rəqib müdafiəçiləri keçdikdən sonra komandasının 3-cü qolunu vurub. 39-cu dəqiqədə isə azərbaycanlı forvard mərkəzdə top uğrunda mübarizədə onu yıxan "Levadiya"nın futbolçusunu yerdə ikən təpiklə vurduğu üçün birbaşa qırmızı vərəqə alıb.
Bu, Novruzovun Estoniyada ilk qolu və ilk qırmızı vərəqəsi olub.
Qeyd edək ki, “Narva Trans” 10 komandalı çempionatda 9 oyundan 3 xalla sonuncu pillədədir.