Azərbaycan millisinin baş məşqçi postuna namizəd olan Roy Kin oyunçu kimi XX və XXI əsrlərdə ən yaxşı mərkəz yarımmüdafiəçilərindən biri sayılıb. Sportnet.az-ın məlumatına görə, Kin 17 illik futbolçu karyerası İrlandiyanın "Kov Remblers", İngiltərənin "Nottingem Forest" və "Mançester Yunayted", Şotlandiyanın "Seltik" klublarında çıxış edib.
O, aqressiv oyun manerası, barışmazlığı, sərt mübarizlik bacarığı ilə seçilib. Oyunçu və şəxsi keyfiyyətləri irlandiyalı yarımmüdafiəçiyə 1997-ci ildə Erik Kantonanın gedişindən sonra "Mançester Yunayted"in kapitanı olmaqda kömək edib. "Qırmızı şeytanlar"ın heyətində çıxış etdiyi 12 il ərzində Kin klubun əfsanələrindən birinə çevrilib. O, 7 dəfə İngiltərə çempionu, 4 dəfə ölkə kuboku və 1 dəfə Çempionlar Liqasının qalibi olub.
Karyerasının böyük hissəsində İrlandiya yığmasına çağırılmış Kin 14 il (1991 - 2005) forma geyinib, uzun müddət kapitan sarğısını daşıyıb. 1994-cü il dünya çempionatında hər oyunda iştirak etmiş sabiq futbolçu baş məşqçi Mik Makkarti ilə münaqişəsi üzündən DÇ-2002-yə aparılmayıb.
O, baş məşqçi kimi ilk iş yeri olan "Sanderlend"i 23-cü pillədən qəbul edərək, Çempionşipin qalibinə çevirib və komandaya Premyer Liqa vəsiqəsi qazandırıb. "Sanderlend"in 2006 - 2008-ci illərdəki uğurları məhz Kinin gəlişi ilə əlaqələndirilib.
4 dekabr 2008-ci ildə "Sanderlend" rəhbərliyi onunla müqaviləni qarşılıqlı razılıq əsasında pozub. 2009-cu ilin aprelindən 2011-ci ilin yanvarınadək irlandiyalı mütəxəssis "İpsviç Taun"un baş məşqçisi, 2013 - 2018-ci illərdə İrlandiya yığmasında Martin O Nilin köməkçisi olub. 2019-cu ilin yanvarından isə o, "Nottingem Forest"də çalışıb. Kin televiziyada ekspert kimi də çalışıb.
İrlandiya I Duvizionunda sərt, güc futbolu şəraitində Kin daha təcrübəli oyuunçulara öz səviyyəsini sübut etdirə bilib. O, məşqlərə çox ciddi yanaşıb ki, bu da oyunundakı inkişafda öz sözünü deyib. Gənclər arasında İrlandiya Kubokunun finalında Dublinin "Belveder Boys" komandası ilə oyundakı çıxışı "Nottinhem Forest"in skautunun diqqətini cəlb edib. Həmin şəxs Royu baxışa çağırıb. Baş məşqçi Brayan Klafı və məşqçilər heyətini də məmnun edən gənc futbolçu 1990-cı ilin yayında 47 000 funt sterlinqə transfer olunub.
Qeyd edək ki, Roy Kin 1993 - 2005-ci illərdə "Mançester Yunayted"də çıxış edib. O, 1997-ci ildə Erik Kantonanın gedişindən sonra "qırmızı şeytanlar"ın kapitanı olub. Keçmiş yarımmüdafiəçi bu müddət ərzində 7 dəfə İngiltərə çempionu olub, 4 dəfə isə ölkə kubokunu qazanıb.
1998/1999 mövsümündə Çempionlar Liqasının qalibi olan oyunçu 1991 - 2005-ci illərdə İrlandiya yığmasının formasınə geyinib.
Baş məşqçi kimi isə Roy Kin son olaraq 2019-cu ildə İngiltərənin "Nottingem Forest" klubunda köməkçi-məşqçi vəzifəsini yerinə yetirib. Onun son iş yeri 2009 - 2011-ci illərdə "İpsviç Taun" klubunda olub.
Kin 2006/2007 mövsümündə "Sanderlend" komandası ilə Çempionşipin qalibi olub. İrlandiyalı mütəxəssis 2007-ci ilin fevral və mayında iki dəfə bu liqada ayın məşqçisi seçilib.