"Qəbələ" futbol komandasında gələn mövsüm üçün baş məşqçi məsələsinə aydınlıq gəlib.
Sportnet.az xəbər verir ki, bu barədə klubun prezidenti Fariz Nəcəfov bildirib. O deyib ki, Elmar Baxşıyev yenə komandanın sükanı arxasında olacaq.
Qeyd edək ki, yarımçıq dayandırılan 2019/2020 mövsümündə 20 oyundan 19 xalla 8-ci yeri tutub və Azərbaycan Kubokunun yarımfinalınadək irəliləyib ("Report").