Tovuzun "Turan" komandasının sabiq baş məşqçisi Naci Şensoy cəbhə bölgəsindəki münaqişəyə biganə qalmayıb.
Sportnet.az-ın məlumatına görə, 62 yaşlı mütəxəssis şəxsi "Facebook" səhifəsində döyüşlərlə bağlı paylaşım edib.
“Möhkəm olun, iğid tovuzlular və qəhrəman Azərbaycan əsgərləri! Siz, heç vaxt yalqız olmayacaqsınız. İğid şəhidlərimizin ruhu şad olsun" deyə o vurğulayıb.
Qeyd edək ki, Naci Şenson 2002-2003 və 2004-2005-ci illərdə "Turan"ın baş məşqçisi olub.