Fransa Liqasında çıxış edən "Monako" komandası baş məşqçisi Robert Moreno ilə bağlı qərarını verib.
Sportnet.az yerli mətbuata istinadən xəbər verir ki, klub 43 yaşlı mütəxəssislə yollarını ayırıb.
Qeyd edək ki, Robert Morena 2019-cu ilin dekabrında baş məşqçi təyin olunmuşdu. Aprelin 30-da Fransa çempionatı vaxtından əvvəl rəsmən yekunlaşıb və PSJ 2019/2020 mövsümünün qalibi olub. "Monako" 9-cu pillədə qaldığı olduğu üçün avrokuboklara vəsiqə qazana bilməyib.