
Ukraynanın "Dinamo" (Kiyev) klubu baş məşqçi Aleksey Mixayliçenko ilə yollarını ayırıb.
Sportnet.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssislə yanaşı onun köməkçiləri də istefaya göndərilib.
"Dinamo" yeni baş məşqçini daha sonra açıqlayacaqlarını bəyan edib.
Qeyd edək ki, Aleksey Mixayliçenko mövsümün əvvəlində komandanın baş məşqçisi təyin edilib. O, "Dinamo" ilə Ukrayna Kubokunun qalibi olub, çempionatda isə gümüş medalla kifayətlənib.