
"Zirə" heyətinə daha bir persektivli futbolçu qatıb.
Sportnet.az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, "qartallar" 16 yaşlı Ayxan Süleymanlı ilə 3 illik peşəkar müqavilə imzalayıb.
Süleymanlı 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının da üzvüdür.
Qeyd edək ki, "Zirə" daha əvvəl Ruslan Qurbanov, Rəşad Əzizli, Tural Bayramlı, Klesio Bauk, Kərim Diniyev, Rəşad Eyubov, Sərtan Taşkın və Şəhriyar Rəhimovu heyətinə qatıb.