Avrokuboklara Qəbələdə hazırlaşan "Qarabağ" və "Neftçi" klubları yoxlama oyununda üz-üzə gəliblər.
Sportnet.az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilmiş görüş Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 50-ci dəqiqədə Bədavi Hüseynov vurub. Bundan 3 dəqiqə sonra Filip Ozobiç vurub.
Əyalətdə buna qədər baş tutan sınaq matçlarında "Qarabağ" "Sabah"a (1:2) uduzub, "Neftçi" isə "Sumqayıt"a qalib gəlib - 3:0.
Yoxlama oyunu
19:30. "Qarabağ" - "Neftçi" - 1:0
Qol: Bədavi Hüseynov, 50
İstifadə olunmamış penalti: Filip Ozobiç, 53 ("Qarabağ")
Baş hakim: Orxan Məmmədov
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılan 2019/2020 mövsümünü çempion kimi başa vuran Ağdam klubu UEFA Çempionlar Liqasında, gümüş medallara sahib çıxan Bakı təmsilçisi isə Avropa Liqasında mübarizə aparacaq. Hər iki komanda avrokuboklara I təsnifat mərhələsindən başlayacaq.