
Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov ABŞ Futbol Liqasında (USL) növbəti qolunu vurub.
Sportnet.az-ın məlumatına görə, "Finiks Rayzinq"də çıxış edən 29 yaşlı hücumçu USL-in V tur matçında "El Paso"nu məyus edib. Oyuna start heyətdə başlayan Dadaşov 19-cu dəqiqədə penalti ilə hesabı açıb. O, həmçinin daha bir qolunu məhsuldar ötürməsini verib. Görüş "Finiks Rayzinq"in qələbəsi ilə yekunlaşıb - 3:1.
Qeyd edək ki, Rüfət Dadaşovun mövsümdə 4-cü qoludur. Hazırda "Finiks Rayzinq" 10 xalla B qrupunda 2-ci yeri tutur.