Bu gün UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin növbəti oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, Almaniya “Leyptsiq”i İspaniyanın “Atletiko” klubu ilə münasibətlərinə aydınlıq gətirib.
Portuqaliyanın Lissabon şəhərindəki “Joze Alvalade” stadionundakı matçda 2:1 hesablı qələbə qazanan Bundesliqa təmsilçisi tarixində ilk dəfə yarımfinala yüksəlib.
Qeyd edək ki, "Leyptsiq" bu mərhələdə Fransa çempionu PSJ ilə qarşılaşacaq.
13 avqust
Çempionlar Liqası, 1/4 final
23:00. “Leyptsiq” (Almaniya) – “Atletiko” (İspaniya) - 2:1
Qol: Dani Olmo, 50, Tayler Adams, 88 - Joao Feliks, 71
Baş hakim: Şimon Marçinyak
Portuqaliya, Lissabon. “Joze Alvalade” stadionu