Azərbaycanlı hakim Rəhim Həsənov UEFA-dan yeni təyinat alıb.
Sportnet.az xəbər verir ki, o, 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsindəki Qazaxıstan Monteneqro matçında baş hakim olacaq.
Referiyə Elşad Abdullayev və Pərvin Talıbov köməklik göstərəcək, dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək. Hakim-inspektor isə ermənistanlı Gevorg Hovhannisyan olacaq.
Qarşılaşma sentyabrın 3-də gerçəkləşəcək.
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev isə Şimali Makedoniya və İspaniyanın U-21 komandalarının matçında iş başında olacaq. Həmin oyun da eyni gündə keçiriləcək.