“Belə bir hal baş verdiyi üçün üzr istəyirəm. Komandaya və baş məşqçini pis vəziyyətdə qoyduğumu başa düşürəm".
Sportnet.az xəbər verir ki, bunu Azərbaycan yığmasının futbolçusu Mahir Emreli Lüksemburqa evdə 1:2 hesabı ilə uduzduqları UEFA Millətlər Liqasının oyunundan sonra deyib.
23 yaşlı hücumçu 25-ci dəqiqədə qırmızı vərəqə aldığı epizodda sadəcə hislərimi cilovlaya bilmədiyini söyləyib: "Bu, mənim üçün böyük dərs olacaq və daha təmkinli olmağa çalışacağam. Düzü, o epizodda komandanı aqressiv oyunla ruhlandırmaq istədim ki, rəqibə qarşı daha yaxşı çıxış etsinlər. Amma təəssüf ki, hər şey fərqli oldu. Komandaya kömək etmək istəyirdim, lakin daha da pis vəziyyətə saldım. Məğlubiyyətə görə bütün məsuliyyəti öz üzərimə götürməyə, tənqidləri qəbul etməyə hazıram. Gələcəkdə bu durumu dəyişdirməyə çalışacağam” (azerisport.com).