"Səbail" klubundan ayrılan ulduz futbolçu Maykl Essyenin yeni iş yeri bəlli olub.
Sportnet.az-ın məlumatına görə, 38 yaşında karyerasını başa vuran sabiq yarımmüdafiəçi Danimarkanın "Norşellan" klubunda baş məşqçi Fleminq Pedersenin köməkçilərindən biri olacaq.
Essyenlə 2020/2021 mövsümünün sonuna kimi müqavilə imzalanıb.
Qeyd edək ki, Maykl Esyen 2019-cu ilin martından "Səbail"də çıxış edirdi.