Fransa təmsilçisi "Lill" Türkiyədə çıxış edən bir neçə futbolçu ilə maraqlanır.
Sportnet.az "Fanatik" nəşrinə istinadən xəbər verir ki, klubun idman diroktoru Luis Kampos 4 futbolçunu yaxından izləyəcək.
Bunların arasında "Alanyaspor"da çıxış edən 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Mustafa Yıldırım da var.
Kampos 18 yaşlı hücumçu ilə yanaşı "Altınordu"dan Berke Kılıç, "Erzurumspor"dan "Eyüp Oskan" və "Fənərbağça"dan Arda Okan Kurtulanı diqqət mərkəzinə alıb.
Qeyd edək ki, Türkiyə millisinin üzvləri Yusuf Yazıcı, Burak Yılmaz və Mustafa Kapı "Lill"ə keçib.