UEFA İcraiyyə Komitəsinin növbəti iclası Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.
Sportnet.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, toplantı sentyabrın 24-də gerçəkləşəcək. Bu, eyni gündə "Puşkaş Arena"da Almaniyanın "Bavariya" və İspaniyanın "Sevilya" komandaları arasında keçiriləcək UEFA Super Kuboku ərəfəsində baş tutacaq.
İcraiyyə Komitəsinin gündəliyinə daxil olan əsas məsələlər bunlardır:
2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin təqvimi
2020/2021 mövsümü üzrə Millətlər Liqasında final mərhələsinin püşkatma proseduru və təqvimi
2020/2021 mövsümündə UEFA Gənclər Liqasının formatı və təqvimi
"UEFA Grassroots mükafatları - 2020"
Müxtəlif UEFA komitələrinin hesabatları
İcraiyyə Komitəsinin iclasında sonra UEFA prezidenti Aleksander Çeferinin mətbuat konfransı nəzərdə tutulub.
Koronavirus səbəbindən az sayda jurnalistə icazə veriləcək və konfrans UEFA-nın rəsmi saytında canlı yayımlanacaq.