
FIFA-nın Nizam-İntizam Komitəsi Paraqvayın "Olimpiya" klubunun prezidenti Marko Antonio Trovato Vilyalbanın oyunların nəticəsini manipulyasiya etməkdə günahkar hesab edib.
Sportnet.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, funksionerin futbolla bağlı istənilən fəaliyyətinə ömürlük qadağa qoyulmaqla yanaşı, o, 100 000 İsveçrə frankı məbləğində cərimələnib.
Vilyalba 10 gün ərzində apellyasiya şikayəti verə bilər.
Qeyd edək ki, Marko Antonio Trovato Vilyalbaya qarşı sanksiya qərarı 2018 - 2019-cu illərdə keçirilmiş bir sıra matçlarla əlaqəlidir.