UEFA Millətlər Liqasında IV tura start verilib.
Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə A, C və D Liqasında 7 qarşılaşma gerçəkləşib. Qarşılaşmalar gözlənilməz nəticələrlə yadda qalıb.
A Liqasının 4-cü qrupunda Almaniya İsveçrə ilə ev oyununda məğlubiyyətdən qurtulmağı bacarıb. Ukrayna isə İspaniyanı məğlubiyyətə uğradıb.
C Liqasının 1-ci qrupunda Monteneqro evdə Lüksemburqa 1:2 hesabı ilə uduzaraq, ilk pilləni əldən verib. Qrupun digər oyununda Azərbaycan Kiprlə qolsuz heç-heçə edib.
UEFA Millətlər Liqası
IV tur
A liqası
4-cü qrup
22:45. Ukrayna – İspaniya - 1:0
Qol: Viktor Tsıqankov, 76
22:45. Almaniya – İsveçrə - 3:3
Qollar: Timo Verner, 28. Kay Haverts, 55. Serj Qnabri, 60 - Mario Qavranoviç, 5; 57. Remo Fröyler, 26
Xal durumu: İspaniya - 7, Almaniya - 6, Ukrayna - 6, İsveçrə - 2
C liqası
1-ci qrup
20:00. Azərbaycan – Kipr - 0:0
22:45. Monteneqro – Lüksemburq - 1:2
Qollar: İqor İvanoviç, 34 - Edvin Muratoviç, 42. Danel Sinani, 86
Xal Durumu: Lüksemburq - 9, Monteneqro - 9, Azərbaycan - 4, Kipr - 1
D liqası
1-ci qrup
20:00. Latviya - Malta - 0:1
Qol: Stiv Borq, 90+7
22:45. Farer adaları – Andorra - 2:0
Qollar: Klemint Olsen, 19; 33
Xal durumu: Farer adaları - 10, Malta - 5, Latviya - 3, Andorra - 2.
2-ci qrup
22:45. Lixtenşteyn – San Marino - 0:0
Xal durumu: Cəbəllütariq - 6, Lixtenşteyn - 4, San Marino - 1.