
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Milan Obradoviçin baş məşqçi olduğu kollektiv Gürcüstanın qonağı olub. Qori şəhərindəki Tengiz Burjanadze adına stadionda keçirilmiş qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 42-ci dəqiqədə Giorgi Quliaşvili fəqlənib. 76-cı dəqiqədə Turan Vəlizadə ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
Hər iki kollektiv indiyədək hərəyə 8 oyun keçirib. Gürcüstan bu nəticədən sonra 12-ci xalını qazanıb, Azərbaycan isə 6 xalda qalıb. İki yığma arasında 2019-cu il sentyabrın 10-da Bakıda təşkil olunmuş qarşılaşmada rəqib qalib gəlib - 3:0.
Bugünkü görüşdə Obradoviç Azərbaycan millisinə texniki zonadan təlimatlar verə bilməyib. Səbəb serbiyalı mütəxəssisin Slovakiyaya 1:2 hesabı ilə uduzduqları ötən görüşdə qırmızı vərəqə almasıdır.
13 oktyabr
AVRO-2021
19:00. Gürcüstan - Azərbaycan - 1:0
Qol: Giorgi Quliashvili, 42
qırmızı vərəqə: Turan Vəlizadə, 76
Hakimlər: Dmitri Dmitriyev, Denis Yemelyançikov, Anton İqnatsyuk, Denis Şerbakov (Hamısı Belarus)
Qori, Tengiz Burjanadze adına stadion.