2024/2025 mövsümündən Çempionlar Liqasının formatı dəyişdirilə bilər.
Sportnet.az-ın "The Telegraph"a istinadən məlumatına görə, qrup mərhələsində iştirakçı sayının 36-ya yüksəldilməsinin mümkünlüyünə baxılır. Hazırda hər birində 4 komanda olmaqla, 8 qrup mövcuddur.
İştirakçı sayının artırılmasından sonra bir neçə variant nəzərdə keçirilir. Bunlardan biri hərəsi 6 klubdan ibarət 6 qrupdur. Bu zaman hər bir komanda 10 müxtəlif komanda ilə 10 görüş keçirəcək. Onlar səpələnmə sistemi ilə seçiləcəklər.