
"Oyunun çətin keçəcəyini bilirdik. Hazırlıq üçün vaxtımız az idi. Buna baxmayaraq, futbolçular yaxşı oynadılar". Sportnet.az xəbər verir ki, bu sözləri "İnter"in məşqçisi Roman Cəfərov deyib.
O, Topaz Premyer Liqasının XVIII turunda "Qəbələ" ilə səfərdə etdikləri 1:1-lik heç-heçədən danışıb: "Fasilə zamanı baş məşqçi müəyyən dəyişiklik etdi. İkinci hissədə daha çox hərəkət etdik və qol vurub heç-heçəyə nail olduq. Bu oyunda Elvin Məmmədov qırmızı vərəqə aldı. Epizoda uzaq idim. Təkrara baxdıqdan sonra konkret bir söz demək olar”.