Azərbaycan milli komandasının Lyublyana şəhərində Sloveniya yığması ilə keçirəcəyi yoldaşlıq oyununun tarixi dəyişdirilib.
Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma, əvvəlcədən nəzərdə tutulduğu kimi, noyabrın 10-da deyil, 11-də keçiriləcək.
Matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Qeyd edək ki, Azərbaycan yığması noyabrın 14-də UEFA Millətlər Liqasının V turunda Xorvatiyanın paytaxtı Zaqrebdəki "Maksimir" stadionunda Monteneqronu qəbul edəcək. Komanda ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.