UEFA Çempionlar Liqasında II turun son görüşləri keçirilib. Sportnet.az-ın məlumatına görə, ikinci oyun günündə 4 qrupda 8 matç təşkil olunub.
E qrupunda "Krasnodar" Rusiyada İngiltərənin "Çelsi" klubuna böyük hesabla uduzub - 0:4. "Sevilya" isə İspaniyada Fransa "Renn"ini minimal hesabla yenib. Bu nəticələrdən sonra "Çelsi" və "Sevilya" hərəyə 4 xalla qrupa başçılıq edir.
F qrupunda Dortmund "Borussiya"sı Almaniyada Rusiya "Zenit"ini məğlubiyyətə uğradıb - 2:0. "Brügge" isə Belçikada İtaliya "Latsio"su ilə heç-heçəyə razılaşıb - 1:1. Bununla da "Latsio" və "Brügge" hərəyə 4 xalla qrup liderliyini ələ keçirib.
G qrupunda İspaniya "Barselona"sı turun mərkəzi görüşündə "Yuventus"u İtaliyada məğlubiyyətə uğradıb - 2:0. Meydan sahibləri oyunu azlıqda başa vurub. Qonaq komandanın ikinci qoluna penaltidən Lionel Messi imza atıb. Bu nəticədən sonra "Barselona" 6 xalla vahid liderə çevrilib.
H qrupunda Türkiyə təmsilçisi "Başakşehir" evdə Fransa PSJ-sinə 0:2 hesabı ilə uduzub. "Mançester Yunayted" isə İngiltərədə Almaniya "Leyptsiq"ini darmadağın edib - 5:0. Bununla da "qırmızı şeytanlar" 6 xalla qrupda vahid lider olub.
-------------------------
UEFA Çempionlar Liqasında II turun növbəti iki görüşü keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Krasnodar" Rusiyada İngiltərənin "Çelsi", "Başakşehir" isə Türkiyədə Fransanın PSJ komandasını qəbul edib. Oyunlar qonaqların qələbəsi ilə yekunlaşıb.
"Krasnodar" böyük hesabla məğlub olub - 0:4. "Çelsi"dən 37-ci dəqiqədə Kallum Hadson-Odoi hesabı açıb. Timo Verner 76-cı dəqiqədə penaltidən fərqi artırıb. Son iki qolu 79-cu dəqiqədə Hakim Ziyeş, 90-cı dəqiqədə isə Kristian Pulişiç vurub. Bu nəticədən sonra xalını 4-ə çatdıran "Çelsi" E qrupunda liderliyə yüksəlib. 1 xala malik "Krasnodar" isə 2-ci yerə enib.
"Başakşehir" isə İstanbuldakı "Fatih Terim" stadionunda 0:2 hesabı ilə yenilib. Hər iki qolu Moyze Kin 64 və 79-cu dəqiqələrdə vurub. Bununla da PSJ H qrupunda 3 xalla “Mançester Yunayted” və “Leyptsiq”in liderliklərinə şərik olub. Ardıcıl ikinci məğlubiyyətlə üzləşən "Başakşehir" isə xalsızdır.
Qeyd edək ki, II turun son 6 görüşü Bakı vaxtı ilə saat 24:00-da başlanacaq.
-----------------------
Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin II turunun növbəti oyunları keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, ikinci oyun günündə 4 qrupda 8 qarşılaşma təşkil ediləcək.
Azərbaycanın U-21 millisinin üzvü Emre Kaplanın çıxış etdiyi Türkiyənin "Başakşehir" klubu İstanbulda Fransa PSJ-sini qəbul edəcək. H qrupunun digər matçında "Mançester Yunayted" İngiltədə Almaniya “Leyptsiq”ini sınağa çəkəcək.
Turun maraqla gözlənilən qarşılaşması İtaliyada olacaq. "Yuventus" İspaniya təmsilçisi "Barselona"nı qəbul edəcək. Turin klubunun heyətində Kriştianu Ronaldu koronavirusa yoluxduğu üçün bu matçı buraxacaq.
Çempionlar Liqası
II tur
E qrupu
21:55. “Krasnodar” (Rusiya) – “Çelsi” (İngiltərə) - 0:4
Qollar: Kallum Hadson-Odoi, 37. Timo Verner, 76 (pen.). Hakim Ziyeş, 79. Kristian Pulişiç, 90
24:00. “Sevilya” (İspaniya) – “Renn” (Fransa) - 1:0
Qol: Lük de Yonq, 56
Xal durumu: “Çelsi” - 4, “Sevilya” - 4, “Krasnodar” - 1, “Renn” - 1
F qrupu
24:00. “Borussiya” (Dortmund, Almaniya) – “Zenit” (Rusiya) - 2:0
Qollar: Ceydon Sanço, 78 (pen.). Erlinq Holann, 90+1
24:00. “Brügge” (Belçika) – “Latsio” (İtaliya) - 1:1
Qollar: Hans Vanaken, 42 (pen.) - Xoakin Korrea, 14
Xal durumu: “Latsio” - 4, “Brügge” - 4, “Borussiya” - 3, “Zenit” - 0
G qrupu
24:00. “Yuventus” (İtaliya) – “Barselona” (İspaniya) - 0:2
Qol: Usman Dembele, 14. Lionel Messi, 90+1
Qırmızı vərəqə: Merih Demiral, 85 ("Yuventus")
24:00. "Ferentsvaroş" (Macarıstan) – “Dinamo” (Kiyev, Ukrayna) - 2:2
Qollar: Tokmak Nquen, 59. Frank Boli, 90 - Viktor Tsıqankov, 28 (pen.). Karlos De Pena, 41
Qırmızı vərəqə: Sergey Sidorçuk, 86 ("Dinamo")
Xal durumu: “Barselona” - 6, “Yuventus” - 3, “Dinamo” - 1, "Ferentsvaroş" - 1
H qrupu
21:55. “Başakşehir” (Türkiyə) – PSJ (Fransa) - 0:2
Qol: Moyze Kin, 64; 79
24:00. “Mançester Yunayted” (İngiltərə) – “Leyptsiq” (Almaniya) - 5:0
Qollar: Meyson Qrinvud, 21. Markus Reşford, 74; 78; 90+2. Antoni Marsyal, 87 (pen.)
Xal durumu: “Mançester Yunayted” - 6, PSJ - 3, “Leyptsiq” - 3, “Başakşehir” - 0.