“Neftçi TV” sabah saat 12:00-da yayımı bərpa edəcək.
Sportnet.az xəbər verir ki, saat 14:00-da I Divizionun 4-cü turu çərçivəsində Bakı Olimpya Stadionunun ehtiyat meydançasında keçiriləcək “Qarabağ-2” – “Neftçi-2” matçının canlı yayımlanması planlaşdırılır.
Oyun başa çatandan sonra isə “Neftçi mediada” verilişi canlı yayımlanacaq. Verilişin qonağı “Sport24.az” saytının baş redaktoru Ceyhun Əliyev olacaq.












































































