
Xosep Bartomeu İspaniyanın “Barselona” klubunun prezidenti vəzifəsindən istefa verib.
Sportnet.az “Marca”ya istinadən xəbər verir ki, Bartomeu bir gün əvvəl bu addımı səsvermə olmadan atmaq istədiyini bildirib. Müvafiq açıqlama Bartomeunun vəzifəsindən getməsi məsələsinin müzakirə edildiyi Direktorlar Şurasının iclasında verilib.
Bartomeunun 58 yaşı var. O, “Barselona”nın prezidenti vəzifəsinə 2014-cü ildə təyin edilib.