
Cənubi Koreyanın "Seul" klubunun futbolçusu Kim Nem-Çxono dünyasını dəyişib.
Sportnet.az "Yonhap"a istinadən xəbər verir ki, 31 yaşlı müdafiəçinin cəsədi Seul şəhərindəki bir evin yaxınlığında aşkarlanıb.
İlkin versiyaya görə, oyunçu intihar edib.
Qeyd edək ki, Kim Nem-Çxono 2013-cü ildən "Seul" oynayıb. O, 2017/2018 mövsümündə orduda xidmət etdiyi üçün "Sancu Sanmu" komandasının formasını geyinib.