
Moldova yığmasının Rusiya ilə yoldaşlıq, Yunanıstan və Kosovo ilə UEFA Millətlər Liqasının oyunları üçün heyəti açıqlanıb.
Sportnet.az federasiyanın rəsmi saytına istinadəın xəbər verir ki, baş məşqçi Engin Fıratın açıqladığı ilkin siyahıda 28 futbolçunun adı yer alıb.
Onların arasdına "Sabah"ın yarımmüdafiəçisi Yevgeni Koçuk da var.
Qeyd edək ki, noyabrın 12-də Kişinyovda Rusiyanı qəbul edəcək Moldova seçməsi 3 gün sonra Millətlər Liqasında Yunanıstanla qarşılaşacaq. Komanda noyabrın 18-də isə Priştinada Kosovonun qonağı olacaq.